Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülmməmədov və Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri Seyit Ahmet Baş 05 yanvar 2021-ci il tarixində keçirilmiş video-konfrans tədbirində Həmkar qiymətləndirilməsinə dair Saziş imzalayıblar.

Unikal.org xəbər verir ki, bu Saziş Azərbaycan Respublikası Hesablama Palatası ilə Türkiyə Hesablama Məhkəməsi arasında əməkdaşlıq haqqında imzalanmış 28.04.2005-ci il tarixli ikitərəfli Sazişə əsaslanır. Türkiyə Hesablama Məhkəməsi Saziş çərçivəsində Hesablama Palatasında audit fəaliyyətinin beynəlxalq audit standartlarına uyğunluğunun ekspert qiymətləndirilməsini həyata keçirəcəkdir. Qiymətləndirmənin məqsədi Hesablama Palatasının maliyyə, uyğunluq və səmərəlilik auditləri daxil olmaqla ümumilikdə audit fəaliyyətinin cari vəziyyətinin audit metodologiyası çərçivəsində qiymətləndirilməsi və boşluqların müəyyən edilməsi ilə beynəlxalq standartlara tam uyğunluğun təmin olunması üzrə tövsiyyələrin verilməsidir. Həmkar qiymətləndirmə tədbiri cari ilin yanvar-fevral aylarında həyata keçirilməklə maliyyə, uyğunluq və səmərəlilik auditlərinin qiymətləndirilməsi üzrə yekun hesabatla nəticələnəcək.