Vətən müharibəsində minaya düşərək sol ayağını topuq nahiyəsindən yuxarı itirən qazimiz Abbas Yusifov ailə həyatı qurub.

Unikal.org xəbər verir ki, o, bu gün sevdiyi xanımla rəsmi nikaha daxil olub.

Cütlüyün nikah mərasimindən çəkilmiş fotosu sosial şəbəkələrdə ən çox paylaşılanlardan olub. Sevdiyi xanımın qazimizə olan sevgisi rəğbətlə qarşılanıb.