Qərib Məmmədovdan əndrabadi qərar
13:46 15-01-2013
İQTİSADİYYAT
Qərib Məmmədovdan əndrabadi qərar
Komitə sədri niyə tut bağının yerində yaşayış evləri tikməyə razılıq verdi?
Nazirlər Kabineti Ağcabədi rayonunda sərhəd yaxınlığında 12,3 ha sahənin təyinatını dəyişib. "Vətəndaşların yaşayış evi ehtiyacı nəzərə alınaraq" (hər halda hökumət öz addımını belə əsaslandırır, bunun nə qədər doğru olduğunu isə bir allah bilir!) torpaq sahələri yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilib. Hökumət belə addımlara az əl atır.
Hökumətin 24 yanvar 2012-ci il tarixli, bu yaxınlarda açıqlanan sərəncamı ilə Təzəkənd bələdiyyəsinin ehtiyat fondunda olan 10,0 hektar əkin və Avşar bələdiyyəsinin mülkiyyətində olan 2,3 hektar, o cümlədən 1,0 hektar örüş və 1,3 hektar çəkil bağının yerləşdiyi yaşayış evlərinin tikintisi üçün ayrılır. Sənəd Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılıb və tikinti işlər zamanı cavan tut ağaclarının saxlanması tövsiyə edilib.
Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların tikinti üçün istifadəsi üzrə onlarla örnək var. Belə praktika Abşeron rayonu və Bakı kəndlərində geniş yayılıb. Amma Nazirlər Kabineti bu torpaqların təyinatını dəyişmir. Ona görə onlarla min vətəndaş bu topraqlara və tikdiyi evlərə sənəd ala bilmir.
Elə isə maraqlıdır: Qərib Məmmədovun komitəsi tut bağlarının yerində hansı məntiqlə yaşayış evləri tikməyə icazə verib? Olmaya həmin evləri hansısa iri məmurun şirkəti tikəcək deyə? Ya da o torpaqlar hansısa oliqarxların əlinə keçəcəyi üçün?
O zaman bu gün minlərlə vətəndaşı hökumət nə üçün süründürür, onların ev tikdikləri torpaqların təyinatını niyə dəyişmir? Niyə kimlərinsə maraqlarına uyğun olan qərarlar sadə camaatın da mənafelərinə uyğunlaşdırılmır?
Məlumdur ki, ölkə rəhbərliyi qeydiyyatsız evlərin sənədləşdirilməsi üçün göstəriş veriv və o göstərişin üzərindən xeyli vaxt keçməsinə rəğmən bu istiqamətdə əlaqədar qurumların heç bir aktivliyi müşahidə edilmir. Hansı ki, belə qurumlar sırasında ilk olaraq məhz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin adı hallanır.
Komitə sədri Qərib Məmmədov isə ölkə rəhbərliyinin sözügedən göstərişi ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirmək əvəzinə hansısa qeyri-müəyyən maraqlar naminə torpaqların təyinatını dəyişir. Vətəndaşlar görəsən, iri məmurlarımızın yadına nə vaxt düşəcək, ilahi?!
Həsən Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00