İranda əhalinin koronavirusa qarşı peyvəndlənməsinə başlanılıb.

Unikal.org-un verdiyi xəbərə görə, ilk peyvəndləmə ilə bağlı mərasim Tehranda İmam Xomeyni adına xəstəxanada keçirilib.

İlk peyvənd dozası səhiyyə nazirinin oğluna vurulub.

İranın Səhiyyə Nazirliyindən bildirilib ki, Rusiyadan ilkin mərhələdə koronavirusa qarşı 10 000 doza “Sputnik V” peyvəndi alınıb. 

Qeyd olunub ki, ilk olaraq gün ərzində 1000 adam peyvənd olunacaq, bu rəqəm daha sonra artacaq.