Ağstafada qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Unikal.org-a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Sadıqlı kənd sakini Qara Süleymanovdan 1 ədəd,”ZK” modelli, 24 kalibirli tək lüləli ov tüfəngi, rayonun Ağsöl kənd sakini “İJ” markalı, 20 kalibirli, tək lüləli ov tüfəngi, Göygöl rayon sakini Hüseynəli Musayevdən “İJ” markalı,16 kalibirli, tək lüləli ov tüfəngi, Muğanlı kənd sakini Alıxan Bayramovdan 1 ədəd “İJ” markalı, 28 kalibirli, tək lüləli ov tüfəngi aşkar edilərək götürülüb.
Bundan başqa, davam etdirilən tədbirlər nəticəsində rayonun Sadıqlı kəndi ərazisində 1 ədəd, sahibsiz “TOZ” markalı, 16 kalibirli, qoşa lüləli ov tüfıngi aşkar edilib.
Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.