Sumqayıtda 12 mənzildən və “Milli Ön” ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, əməliyyatı Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları keçirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisində 12 mənzildən elektrik naqili, təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları, habelə “Milli Ön” ödəmə terminalından 2500 manat pul oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Mirzəyev saxlanılıb.