Dövlət Yol Polisi (DYP) "Medera Hospital" MMC barəsində inzibati qaydada protokol tərtib edib.
Unikal.org-un məlumatına görə, tərtib edilən protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.
Belə ki, "Medera Hospital" İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.
Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Murad İbrahimli