Zəifləyən ailə dəyərləri, barışdırıcı xüsusiyyətini itirmiş rəqabət mühiti və...
16:32 25-01-2013
CƏMİYYƏT
Zəifləyən ailə dəyərləri, barışdırıcı xüsusiyyətini itirmiş rəqabət mühiti və...
Türkiyənin və dünyanın ən tanınmış psixiatrlarından biri, Üsküdar Üniversitetinin rektoru, psixiatriya elmləri doktoru, professor Nevzat Tarhan Azərbaycanda insanlar arasında depressiya hallarının artmasının səbəblərini açıqlayıb.
Tarhan bildirib ki, bütün dünyada depressiya, eləcə də intihar, narkotika kimi zərərli vərdişlərdən asılılıq hallarında artım var. Depressiyada artımın ən əsas səbəbləri müasir və sürətli həyat tərzi, gözləntilərin yüksək olması, insanların daha çox maddi zənginliyə malik olmaq üçün barışdırıcı xüsusiyyətini itirmiş rəqabət mühiti içində yaşamalarıdır. Ailə həmrəyliyi kimi sosial dayaqların zəifləməsi də depressiya hallarının artmasına səbəb olur. Bu baxımdan bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da ailə dəyərlərinin zəifləməsi, insanların daha asan yollarla zəngin olma həvəslərinin artması insanlar arasında depressiya hallarının çoxalmasına gətirib çıxarır.
Tarhan insanların depressiyaya düşməməsi üçün çıxış yollarından da danışıb.
Onun sözlərinə görə, belə xoşagəlməz halların az yaranması üçün insanlar öz həyat fəlsəfələrini "xoşbəxtlik ümumi xoşbəxtliyə mütənasibdir" prinsipinə uyğun qurmalıdırlar.
"Qərbdə xoşbəxtliyin əsas prinsipi daha çox "sənə necə rahatdırsa, o cür yaşa və hərəkət et"dir. Bu prinsiplə hərəkət edən Qərb mədəniyyəti kişidə fiziki gücü, qadında zahiri gözəlliyi fetişləşdirir. Halbuki bizim də mənsub olduğumuz Şərq mədəniyyəti kişidə hikmətli olmağı, qadında isə iffətli (abır-həyalı) olmağı əsas götürür. Şərq insanlarının bu dəyəri itirməmələri lazımdır. Hətta bu mövzuda çox bəyəndiyim bir Azərbaycan atalar sözü də var. "Düz gedərəm - hakimlə işim olmaz, az yeyərəm - həkimlə işim olmaz". Bu, çox dəyərli bir atalar sözüdür. Mən bütün azərbaycanlı dostlarımıza bu atalar sözünün qiymətini bilmələrini və həyatlarını bu düstura görə planlaşdırmalarını məsləhət görərdim", - Tarhan deyib.
Azərbaycanda insanlar özlərini uzun müddət kefsiz hiss etdikdə apteklərdən depressiyaya qarşı dərmanları alaraq, həkim məsləhəti olmadan qəbul edirlər.
Psixiatr isə bildirib ki, bu, çox səhv və xoşagəlməz nəticələrə gətirib çıxara biləcək haldır. Çünki antidepressant dərmanlar kimyəvi silah kimidir. Bu dərmanlar doğru istifadə olunduğu təqdirdə xəstəliyi məhv edər, səhv istifadə olunduğu zaman isə insan orqanizminə çox böyük zərər verə bilər. Bu dərmanlardan çox istifadə edərək hətta ailə həyatını dağıdan insanlar da çox olur.
Tarhan deyib ki, bu dərmanlar həkim məsləhəti olmadan qəbul edildiyi təqdirdə bir çox insanda ürək ritminin pozulma hallarına gətirib çıxarır. Ona görə də bu dərmanlar mütləq həkim məsləhəti və nəzarəti ilə qəbul olunmalı və şüurlu şəkildə istifadə edilməlidir.
Psixoloq Dəyanət Rzayevin “Unikal”a bildirdiyinə görə, “Praktika ilə müntəzəm şəkildə məşğul olan bir psixoloq kimi deyə bilərəm ki, öz müştərilərimdə ən çox müşahidə etdiyim psixi əyinti xroniki depressiyadır. Xroniki depressiya daha çox sosial motivlərlə bağlı olur. Kişilərdə daha çox qeydə alınan bu xəstəlik dövri xarakter daşıyır və o qədər də qorxulu hal deyil və müəyyən dövrdən sonra keçib getməlidir. Bu yaşantılar bir aydan artıq davam eləmir, amma insan vurduğu psixoloji ziyan böyük olur. Xroniki depressiya özünə və ətrafdakılara inamsızlıq, sabaha bədgüman yanaşma, səbəbsiz yerə tez-tez hövsələdən çıxma kimi sindromlarla müşayiət olunur”.
Psixoloq hesab edir ki, “Bu psixoloji əyintini aradan qaldırmağın ən optimal yolu əmək terapiyasının tətbiqidir. Yəni ailə başçısı olan kişi işsiz qalanda bu tendensiyaya qapılır. İşsizlik kişidə xeyli psixi və fizioloji səciyyəli əyintilər meydana gətirir. Sovetlərin zamanında işsizlərə ictimai və inzibati diqqət güclü olduğundan həm işsizlik az-az qeydə alınırdı, həm də işsiz qalan şəxslə müvafiq strukturlar maraqlanırdı. Hazırda isə işsiz qalan fərdə qarşı belə bir maraq yoxdur”.
Psixoloqun fikrincə, “İşsizlik və bundan qaynaqlanan depressiya həm də cəmiyyətdə zorakılığın çoxalmasına səbəb olur. Gündəlik cinayət xronikalarında tez-tez oxuyuruq ki, filankəs bıçağını çıxardıb filankəsin qarnına soxdu və yaxud filan orqanını kəsdi. Cinayətin səbəblərini araşdıranda isə məlum olur ki, işin kökündə son dərəcə bayağı və adicə bir fakt durur. Bu zaman bizə qəribə gəlir ki, adi bir mübahisəyə görə belə bir cinayət niyə baş verib? Bütün bunların kökündə depressiya durur”.
Şakir
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27