Ədliyyə nazirliyi “Gloria Palace” Mənzil-Tikinti Kooperativi barəsində inzibati qaydada protokol tərtib edib.

Unikal.org-un məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsinə əsasən tərtib olunan protokol baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.

İşə Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Sözügedən xətanın törədilməsinə görə hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "Gloria Palace" mənzil tikintisi və satışı ilə məşğul olan şirkətdir.

Seymur Əli