2021-ci il mart ayının 19-da daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

DİN-in Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur.    

Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.   

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılmışdır.