Hacıqabul sakinindən odlu silah götürülüb.
Unikal.org xəbər verir ki, Hacıqabul rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun İkinci Udulu kənd sakini, 1971-ci il təvəllüdlü Yəhyayev Nizami Çöllü oğlundan müvafiq sənədləri olmayan 20 kalibrli “Tula” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.