Bakıda evdə oğurluq hadisəsi olub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 15-də rayon ərazisindəki evlərin birindən 2 500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini X.Həşimov saxlanılıb.