Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 22-də Xəzər rayonu ərazisində Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Mürsəlovdan 10,230 qram heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə,  O.Mürsəlovun evinə baxış zamanı orada 2 kiloqram 160 qram heroin, 358,097 qram metamfetamin, 215 qram marixuana, 61,613 qram tiryək, 120 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkarlanıb.