Abbas Abbasov oyundan uzaqlaşdırıldı
13:52 26-01-2013
CƏMİYYƏT
Abbas Abbasov
oyundan
uzaqlaşdırıldı
Söyün Sadıqov gücünü qoruyub saxladı
Moskvada Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti "AzərRos"un V qurultayı keçirilib.
Qurultayda Rusiyanın yüksək səviyyəli rəsmi şəxslərindən iştirak edən olmayıb, həmçinin Rusiya prezidenti və baş nazirinin də tədbirə hər hansı təbrik məktubu ünvanlanmayıb.
Qurultayda yeni yaradılmış Rusiya Azərbaycan Təşkilatları İttifaqında (RATİ) toplaşmış tanınmış azərbaycanlı biznesmenlərdən də iştirak edən olmayıb. RATİ-də təmsil olunanlardan yalnız Rüstəm İbrahimbəyov və Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasov qurultaya qatılıb.
Qurultayda hazırkı prezident Söyün Sadıqov hesabat məruzəsi ilə çıxış edib, hesabat səsə qoyularaq, qəbul edilib.
Qurultayda daha sonra təşkilatın Nizamnaməsinə bəzi dəyişikliklər müzakirəyə çıxarılıb. S. Sadıqovun təklifi ilə "AzərRos"un Federal Şurasının strukturuna dəyişiklik edilib, şuranın sədri vəzifəsi ləğv edilərək, katiblik yaradılıb.
S. Sadıqov qurumun prezidenti postunun ləğv edilərək, əvəzində direktor vəzifəsinin yaradılmasını təklif etsə də, onun bu təklifi qəbul olunmayıb.
"AzərRos"un əsas idarəedici orqanı olan Ağsaqqallar Şurası təsis edilib. Ağsaqqallar Şurasının tərkibinə Rüstəm İbrahimbəyov, Abbas Abbasov, Ramiz Abutalıbov, Tofiq Məlikli, Natiq Ağamirov, Rüstəm Arifcanov, Qalib Ağayev və Şirvan Kərimov seçiliblər. A. Abbasov Ağsaqqallar Şurasının sədri seçilib.
Daha sonra "AzərRos"un prezidenti postuna seçki olub. Asif Məhərrəmov qurumun prezidenti seçilib. Prezidentlik institutu bundan sonra "AzərRos"un qərarverici və idarəedici deyil, icraedici orqanı kimi fəaliyyət göstərəcək. S. Sadıqov isə qurumun fəxri prezidenti seçilib.
Bununla da, qurultay başa çatıb. Qeyd edək ki, bir müddət öncə S. Sadıqov yeni siyasi partiya yaratması ilə əlaqədar "AzərRos"un prezidenti vəzifəsindən istefa verdiyini bildirib. O, hazırda Rusiyada fəaliyyət göstərən Abbas Abbasovun "AzərRos"un prezidenti vəzifəsinə namizədliyini Rusiya prezidenti Vladimir Putinlə də müzakirə etdiyini açıqlayıb.
Beləliklə gözləntilər tam olaraq özünü doğrultmayıb. Çünki öncədən qərara alınmışdı ki, Abbas Abbasov təşkilatın sədri seçilsin. Amma Abbas Abbasov Ağsaqqallar Şurasının sədri olub. Əsas güc isə yenə Söyün Sadıqovda qalıb. Belə ki, təşkilatın prezidenti postuna Asif Məhərrəmov seçilib ki, oda bir başa Söyün Sadıqovun təsir dairəsində olan şəxsdir. Maraqlı məqamlardan biri isə budur ki, "Milyarderlər İttifaqının" əsas simaları toplantıya qayıtmayıblar. Bu isə təsdiqləyir ki, artıq məlum ittifaqda haçalanma yaranıb və əsas simalar bu olayda Söyün Sadıqovun oyunçuları qismində çıxış etmək niyyətində deyillər. Çox qəribədir ki, bunlardan yalnız Rüstəm İbrahimbəyov hələ də Söyün Sadıqovun əsas silahı olaraq fəaliyyətini davam etdirir və əsas niyyəti Rusiyadan Ziyalılar Forumu üçün dəstək almaqdır. Abbas Abbasovun beləcə oyundan kənarda qalmasına görə hesab etmək olar ki, "AzərRos" prezident seçkilərində hakimiyyət üçün müəyyən əngəllər yaratmağa çalışacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27