ABŞ-ın Alabama ştatında tornado azı 5 nəfərin həyatına son qoyub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şerif Mettyu Ueyd bildirib.
Onların sözlərinə görə, ötən gün axşama qədər ştatın bir neçə məntəqəsində 20 mindən çox sakin işıqsız qalıb, 50-dək bina dağılıb.
Yerli hakimiyyət orqanları və təcili yardım xidmətləri dəymiş zərərin qiymətləndirilməsini və qurbanların axtarılmasını davam etdirir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Milli Hava Xidməti Alabama, Missisipi və Tennessi ştatlarında tornado təhlükəsi barədə xəbərdarlıq etmişdi.