Suraxanı rayonunda avtomobildən mobil telefon və videoqeydiyyat qurğusu oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat tədbirləri nəticəsində martın 24-də rayon ərazisində vətəndaşa məxsus “Hyundai” markalı avtomobildən 1070 manat dəyərində mobil telefon və videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Eminov saxlanılıb.