Sumqayıtda oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 17-də xətt avtobusunda şəhər sakini olan bir qadının cibindən 250 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş S.Almuradov saxlanılıb.