Ermənistanda son sutka ərzində daha 777 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 190 317 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 14 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3464-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 881 nəfərdir. Aktiv xəstələrin sayı 14 466 nəfər təşkil edir.