Şəmkir rayonunda ata oğlunu bıçaqlayıb.
Unikal.org-un bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Zəyəm qəsəbəsində baş verib.
Belə ki, Bəhruz Həsənov içkinin təsiri altında həyat yoldaşı ilə dalaşıb. Bu zaman oğlu Namiq adlı şəxs ailə üzvülərini ayırmaq istəyərkən atasının əlində olan bıçaq ona dəyib. Yaralı xəstəxanaya yerləşdirilib. B.Həsənov isə saxlanlıb.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli