Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri ilə 2 kq-dan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nərimanabad qəsəbəsinin sakini E.Quliyev saxlanılıb.
Üzərinə keçirilən baxış zamanı ondan 1 bükümdə heroin, 1 büküm psixotrop maddə metamfetamin aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq E.Quliyein yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kq 555 qram heroin, 510 qram metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.