Ağstafa rayonunda oğurluq olub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində iki evdən 3 000 manat pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Dağkəsəmən kənd sakinləri S.Əmirov və V.Böyükkişiyev saxlanılıb.