Dmitri Peskov Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərindən danışıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Arqumentı i Faktı" nəşrinə müsahibə verib.

"Moskvanın Bakı ilə etibarlı bir əlaqəsi var. Eyni zamanda Rusiya ilə Ermənistanı inteqrasiya prosesləri ilə yanaşı tarixən yaxşı münasibətlər bağlayır. Hər kəs Putinin müharibənin dayandırılmasındakı şəxsi rolunu xatırlamalıdır. Bunu hamımız anlamalıyıq", - deyə Peskov bəyan edib.