Kremlin sözçüsü Dmitri Peskov Putinin dünya liderləri ilə münasibətlərindən danışıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Peskov "Arqumentı i faktı" nəşrinə müsahibə verib.

O qeyd edib ki, Putinin İtaliyanın sabiq baş naziri Silviya Berluskoni və Almaniyanın keçmiş kansleri Cerard Şroyderlə yaxşı münasibətləri var. Peskovun sözlərinə görə, Putin bəzi dünya liderləri ilə saatlarla vaxt keçirib.

Kreml sözçüsü həmçinin Rusiya prezidentinin dil biliklərindən danışıb və onun alman və ingilis dillərini bildiyini söyləyib.