Ağ Evin rəsmi saytında və "Twitter" səhifəsində qəribə yenilik edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hər zaman Ağ Evə aid elektron resurslarda administrasiya ABŞ prezidentinin adı ilə adlandırılıb. Məsələn, "Buş administrasiyası", "Obama administrasiyası" və s.

Co Bayden prezident seçildikdən sonra resurslarda yenilik edilib və prezidentlə yanaşı vitse-prezident Kamala Harrisin də adı qeyd olunub. Belə ki, sayt və sosial şəbəkə səhifəsində "Bayden-Harris administrasiyası" ifadəsi yer alıb.