Rumıniyada vətəndaşlar koronavirusa görə məhdudiyyətlərin sərtləşdirilməsinə etiraz edirlər. Paytaxt Buxarestdə təxminən 200 nəfərə yaxın etirazçı saxlanılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, etiraz aksiyalarına təxminən 2 min nəfər qoşulub, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalarda 300 nümayişçi iştirak edib. Etirazçılar polislərə xəsarət yetirib, maddi ziyan vurublar. Onlar mağazaların vitrinlərini, avtobus dayanacaqları və nəqliyyat vasitələrinin şüşələrini qırıblar.

Qeyd edək ki, Rumıniyada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məhdudlaşdırıcı tədbirlər həyat keçirilir. Artıq iki gündür ki, vətəndaşlar bununla bağlı etiraz aksiyaları keçirirlər.