Koronavirus pandemiyasının yayılmasını dayandırmaq üçün qlobal peyvənd planına ehtiyac var. 

Unikal.org  xəbər verir ki, bunu BMT Baş katibi Antoni Quterreş ABŞ Dövlət katibi Entoni Blinkenlə videoformatda görüşündə deyib. 

Görüşdə pandemiyaya qarşı mübarizə yollarından danışılıb və qlobal peyvənd planına ehtiyac olduğu vurğulanıb.

Odur ki A.Quterreş “G20” ölkələrinə belə bir plan hazırlamaq və həyata keçirmək üçün xüsusi bir qrup yaratmağı təklif edib.