Honduras Prezidentinin qardaşı narkotik ticarəti ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  Honduras prezidenti Juan Orlando Hernandezin qardaşı Antonio Hernandez, narkotik ticarəti ilə günahkar olduğu Nyu-York məhkəməsində ömürlük həbs cəzası alıb. 

Belə  ki, 2019-cu ildə narkotik ticarəti və rüşvət ittihamı ilə məhkum olan Antonio Hernandezə 30 illik həbs cəzası verilmişdi.  Lakin yenidən baş tutan məhkəmə qərarına əsasən, prezidentin qardaşına ömürlük həbs cəzası verilib.

Bununla yanaşı məhkəmə,  prezident Hernandezi də 138,5 milyon dollar dəyərində cərimələyib.