Yaponiyada vulkan püskürməsi baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Suvanose adasında baş verib.
Belə ki, adada yerləşən Otake vulkanı püskürüb. Vulkan püskürməsi partlayışlarla müşayiət olunub. Lava 1 kilometr radiusundakı ərazilərə yayılıb. Ətrafdakı yaşayış məntəqələrinin sakinlərinə vulkana yaxınlaşmaq yasaqlanıb.