Ermənistanın sabiq prezidentləri Serj Sarkisyan və Robert Koçaryan arasında narazılıq yaranıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti yazıb.

Qəzetin mənbələrinə görə, erkən parlament seçkiləri ilə bağlı Ermənistanın keçmiş rəhbərləri arasında görüş keçirilib. Görüşdə Serj Sarkisyan açıq şəklidə Koçaryana bildirib ki, seçki prosesində onu dəstəkləməyəcək. Sarkisyan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanesyanın müxalif Vətən Partiyasını seçkilərdə dəstəkləyəcəyini bəyan edib.