Ermənistanda Qarabağ müharibəsində ölən əsgərin ailəsi adından pul toplayan şəxs saxlanılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, həmin şəxs Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən istintaqa cəlb edilib.

Belə ki, Ermənistanın Ararat bölgəsinin Vanaşen kəndinin sakini həmkəndlisinin Qarabağ müharibəsində öldüyünü bilərək onun ailəsinin adından yardım üçün pul toplayıb. Bu məqsədlə o, Kanadada yaşayan ermənidən 2 700 ABŞ dolları həcmində pul vəsaiti alaraq mənimsəyib. Faktla bağlı araşdırmaların davam etdirildiyi bildirilib.