Respublika daxili işlər orqanları tərəfindən mart ayının 30-da törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Əvvəlki dövrlərdən bağlı qalan altı cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı üç fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.