Beynəlxalq "Gallup" sorğu mərkəzi Ermənistanda əhalinin hansı ölkələrlə münasibətlərin güclənməsini istədikləri barədə sorğu keçirib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, mərkəzin Ermənistan təmsilçilyinin rəhbəri Aram Navasardyan nəticələri açıqlayıb.

Belə ki, respondentlərin 60 faizi Rusiya ilə münasibətlərin daha da gücləndirilməli olduğunu düşünürlər. İlk üçlüyü ATƏT-in Minsk qrupunun digər həmsədrləri olan ABŞ və Fransa tamamlayır. Sorğuda iştirak edənlərin 5.2 faizi Avropa Birliyi ilə yaxınlaşmanın tərəfdarı olub, 2.6 faizi Çinlə, 2.4 faizi isə İranla əlaqələrin gücləndirilməli olduğunu söyləyib.