"Xocalı soyqırımını unutmuruq".

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türk Şurasının zirvə toplantısında çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ədoğan söyləyib.

"Bütün azərbaycanlı qardaşlarımı əziz qardaşım İlham Əliyev başda olmaqla, Dağlıq Qarabağdakı zəfərə görə təbrik edirəm. Dağlıq Qarabağ bölgəsindəki 67 məsciddən 63-ü dağıdılıb. 1918-ci ildə azərbaycanlı qardaşlarımızın qətliamının anıldığı gün Xocalı qətliamını bir kənara qoya bilmərik. Qarabağdakı Türk irsinin qorunması və bərpası üçün bütün vasitələrimizlə Azərbaycanın yanında olacağıq", - deyə Ərdoğan bəyan edib.