Türk Şurasının gələcək inkişafı ilə bağlı sənəd qəbul etməliyik.
Unikal.org xəbər verir ki, bunu Qazaxıstanın birinci prezidenti - Elbası Nursultan Nazarbayev Türk Şurası liderlərinin qeyri-rəsmi zirvəsində deyib.
O bildirib ki, humanitar və mədəni inkişafla yanaşı, dövlətlər bir-birindən bir çox şey öyrənə bilərlər:
“Latın əlifbasının istifadəsi bizə gənclərimizin qlobal səviyyədə inkişafına töhfə verə biləcəyimiz ümumi sistem qazandırır. Bir-birimizlə əlaqəli şəkildə inkişaf etməyimiz vacibdir”.
N.Nazarbayev vurğulayıb ki, Türk Şurasına üzv dövlətlər qarşılıqlı ticarəti inkişaf etdirməli və investisiyaların cəlb edilməsi üçün çalışmalıdırlar.