Böyük Britaniyada son sutka ərzində 4052 nəfər koronavirus infeksiyasına yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 345 788 nəfərə çatıb. Ötən 24 saatda daha 43 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 126 713 nəfərdir.