ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət üzrə İdarəsi Venesuela üzrə sanksiya siyahısından iki İtaliya şirkətini çıxarıb.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.

Bildirilir ki, sanksiyalar siyahısından "AMG S.A.S. di Alessandro Bazzoni & C." və "Serigraphiclab di Bazzoni Alessandro" şirkətləri çıxarılıb.

Xatırladaq ki, sözügedən şirkətlərə qarşı sanksiyalar cari ilin yanvar ayında tətbiq edilmişdi.