Yaponiyanın şimalında 4,5 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, yeraltı təkanların episentri Aomori prefekturasında, ocağı isə 70 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.