ABŞ-ın Kaliforniya ştatının Orinc şəhərində atışma olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, silahlı insident ticarət kompleksində baş verib. Atışma nəticəsində azı 4 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hazırda ərazidə əhali üçün heç bir təhlükənin olmadığı bildirilib. Faktla bağlı araşdırma aparılır. Cinayətin detalları hələlik məlum deyil.