Fransa Prezidenti Emmanuel Makron aprelin 3-dən etibarən ölkənin bütün bölgələrində karantin rejiminin tətbiq ediləcəyini bildirib.

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki, əvvəl yalnız 19 bölgədə karantin tədbirləri tətbiq edilib. Karantin tədbirləri dörd həftə müddətində davam edəcək. Bütün bölgələrdə axşam saat 19:00-dan səhər 6:00-a qədər komendant saatı qüvvədə olacaq. Bölgələrarası gediş-gəliş qadağan ediləcək.

Bütün işçilər məsafədən çalışacaq. Uşaq bağçaları, məktəblər və kolleclər üç həftəlik bağlanacaq. Universitet tələbələri həftədə bir gün təhsil müəssisələrinə gedə biləcək. Zəruri əşyalar satmayan mağazalar bağlanacaq.

Makron bunu ölkədə Britaniya ştammının geniş yayılması ilə izah edib.