San-Marinoda Rusiya istehsalı olan koronavirusa qarşı "Sputnik V" vaksinlərinin effektivliyi qiymətləndirilib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, ölkədə fevralın sonundan bu vaksinlərin tətbiqinə start verilib.

San-Marinonun səhiyyə məsələləri üzrə dövlət katibi Roberto Çavatta jurnalistlərə bildirib ki, vaksinlərin effektivlik səviyyəsi kifayət qədər yüksəkdir.