Dünyada ilk dəfə olaraq heyvanlara koronavirusa əleyhinə vaksin vurulmasına başlanılıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ilk vaksinasiya prosesi Rusiyada qeydə  alınıb. Bu barədə “Rosselxoznadzor” rəhbərinin müavini Konstantin Savenkov açıqlayıb. Peyvəndə  “Karnivak-Kov” adı verilib.

Savenkovun sözlərinə görə, vaksin “Rosselxoznadzor”a tabe olan “Federal Heyvan Sağlamlığı Mərkəzi” tərəfindən yaradılıb. O, “Karnivak-Kov”un heyvanlar üçün COVID-19-a qarşı dünyada ilk və yeganə profilaktik dərman olduğunu vurğulayıb.