Türkiyənin səhiyyə naziri Fahrettin Koca Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə həsr olunmuş brifinqinə dəvət olunub.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazir ÜST baş direktorunu müşayiət edəcək.

Dəvətin Türkiyənin pandemiya ilə uğurlu mübarizə modeli ilə bağlı olduğu və təcrübənin digər ölkələrlə bölüşülməsi məqsədilə edildiyi bildirilib.