Ermənistan baş naziri Nikol Paşinyan dünəki istefadan sonra boş qalmış yüksək texnologiyalar sənayesi naziri postuna yeni kadr təyin edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyanın qərarı ilə Ermənistanın Tavuş vilayətinin keçmiş qubernatoru Hayk Çobanyanı yüksək texnologiyalar sənayesi naziri təyin olunub.

Qeyd edək ki, dünən Akop Arşakyan bu vəzifədən istefa vermişdi.