Türkiyədən Yunanıstana qaçmağa çalışan terrorçular saxlanılıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tvitter səhifəsində məlumat yayıb.
Bildirilib ki, Yunanıstanla həmsərhəd olan Edirne şəhərinin İpsala sərhəd-keçid məntəqəsində qanunsuz yollarla Yunanıstana keçməyə cəhd edən 10 nəfər saxlanılıb.
Məlum olub ki, onlardan 4 nəfər FETO, 1 nəfər isə PKK terror təşkilatının üzvü olub. Araşdırmalar davam etdirilir.
Edirne/İpsala’da görevli hudut kartallarımız, yasa dışı yollardan Yunanistan’a geçmeye çalışan 10 şahsı yakaladı. Yakalanan şahıslardan 4’ünün FETÖ, 1’inin PKK terör örgütü mensubu olmaktan dosyalarının olduğu belirlendi.#MSB #TSK pic.twitter.com/GRe53o0HZM
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) April 1, 2021