Dünən Türkiyədə azərbaycanlı kriminal aləm üzvləri arasındakı atışma nəticəsində ölənlərin və yaralıların sayı açıqlanıb.
Unikal.org xəbər verir ki, Lotu Qulinin yaxın adamları ilə mərhum Rövşən Lənkəranskinin yaxınları arasında baş verən atışmada 2 nəfər ölüb, 2 yaralı var. Baxçaşəhər ərazisində baş verən atışmadan sonra 3 şəxsin VİP mikroavtobusla ərazidən uzaqlaşıb. Ölən iki kriminal avtoritetin cənazəsi müayinə üçün morqa aparılıb. Yaralılar isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı polis araşdırmaya başlayıb, ərazidən 4 silah tapılıb. Şahidlərin sözülərinə görə kriminal aləmə meyilli şəxslər mübahisə zamanı 2 metr məsafədən bir-birinə atəş açıb.
Qeyd edək ki, atışma zamanı adları qeyd edilən Baba Naxçıvanski öldürülüb, Fuad Xarkov isə yaralanıb. Digər ölənlərin adları hələlik məlum deyil.