Rusiyada son sutka ərzində koronavirusa 9169 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 554 264 nəfərə çatıb.

Rusiyada son sutkada 383 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 99 233 nəfərdir. İndiyə qədər 4 176 419 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.