Azərbaycan tərəfi ikinci Qarabağ müharibəsində məhv edilmiş daha bir erməni hərbçinin cəsədini qarşı tərəfə təhvil verib.

Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, daha bir cəsəd Füzuli rayonunda aşkarlanıb. Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin ediləcək. Axtarışlar Əsgəran və Xocavənd ərazisində davam etdirilir.

Qeyd edək ki, ötən ilin 10 noyabr tarixindən bu günədək döyüş bölgəsindən 1526 erməni hərbçinin cəsəd və qalıqları tapılıb.