Misir prezidenti Əbdül Fəttah əs-Sisi Süveyş kanalında qapalı qalan "Ever Given" yük gəmisinin xilas edilməsindən sonra xilasetmə qrupuna təşəkkür edib.

Unikal.org xəbər verir ki, o, mətbuat qarşısında çıxışı zamanı çətin anlar yaşayıb.  Belə ki, prezident açıqlama verən zaman gəminin siqnal çalması onu  narahat edib.  Dəfələrlə təkrarlanan  səsə Sisi əsəbləşib. 

Mətbuat qarşısında çətinlik çəkən Sisinin o anları kameraya əks olunub.