Türkiyənin Akdeniz Universitetində aparılan araşdırmaya görə,  koronavirus xəstələrində yaşanan qoxu itkisi qalıcı deyil. 

Unikal.org xəbər verir ki, Akdeniz Universiteti Beyin və Neyrocərrahiyyə kafedrasının professoru Dr. Murat Altaş, Dr. Murat Duyan və mütəxəssis həkimlərdən ibarət qrupla aparılan araşdırmada, Covid-19 olanlarda qoxu itkisinin qalıcı olmadığı, ancaq xəstəlik tarixindən 6 ay sonra qoxuları fərqli qəbul etmə ehtimalı ortaya çıxardıblar

Araşdırmada Covid-19 olan xəstələrin qoxu alma qabiliyyətini bərpa etdikləri, ancaq kişilərin aldığı qoxunun yandırılmış kauçuk, qadınların qəbul etdiklərinin çürümüş soğan qoxusu olduğu ortaya çıxıb.