Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşları Hümbətov Vüqar Hüseyn oğlu və Əliyev Elnur Telman oğlu barəsində açılan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Unikal.org-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən işə hakim Əli Məmmədovun sədrliyi ilə baxılacaq.
Sözügedən şəxslərə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, V.Hümbətov və E.Əliyev satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitələr - 19 kiloqram 736,04 qram heroin, 10 kiloqram 149,75 qram tiryək, 3 kiloqram 788,18 qram qurudulmuş marixuana, 104,44 qram metadon, psixotrop maddə - 19 kiloqram 786,10 qram metamfetamin və 75 qram güclü təsir edən maddə olan preqabalin onlardan aşkar edilərək götürülmüşdür.
Murad İbrahimli